ABŞ-dan Rusiyaya qarşı yeni həmlə

13 İyul 2017 10:41

Demokratlar Partiyasının üzvləri ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsi təqdim edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, yeni qanun layihəsi Senatın iyunun 15-də səsvermə yolu ilə qəbul etdiyi sənədə bənzəyir.

Qeyd edək ki, daha əvvəl Ağ Ev Rusiya və İrana qarşı sanksiyalara dair qanun layihəsinin yeni versiyasının rəsmi Vaşinqtonun xarici siyasətində risklər yarada biləcəyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində