"Rəngli" model pilotun əmisini lağa qoydu - FOTO

13 İyul 2017 16:54

Dünyanın ən popuylar modellərindən olan Vinni Herlou İbisa kurortunda istirahət edərkən çəkdiyi video və fotoları İnstagram-dakı profilində paylaşıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, vitiliqo xəstəsi olan və "rəngli dərili model" kimi tanınan V.Herlou beynəlxalq "Formula-1" avtoçempionatının britaniyalı pilotu Lüis Hemilton, habelə pilotun qohumları ilə birlikdə yaxtada dincəlib.

V.Herlou pilotun əmisinin yaxtada dincələrkən, daha doğrusu, yatarkən fotolarını çəkərək paylaşıb və zarafatla "Baxın, əsl seksual kişidir!" yazıb.

22 yaşlı modelin paylaşmaları xoş qarşılanıb, müzakirə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində