Şok kadrlar: milyonçu iş adamı çimərlikdə həlak oldu - VİDEO - FOTO

13 İyul 2017 12:52

70 yaşlı avstraliyalı turist Rocer Con Hassi Taylandıne Phuket kurortundakı Kata çimərliyində həlak olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qayığa bağlanmış kanat vasitəsilə səmaya qaldırılan paraşüt vasitəsilə ekstremal hisslər yaşamaq istəyən R.Hassi iş adamı idi.

Avstraliyanı Pert şəhərinin sakini TAB, Shell Australia kimi korporasiyalarda çalışıb, sonra isə 250 milyon dollar dəyərində şirkət qurmuşdu.

Paraşütlə 35 metr yüksəkliyə qalxan iş adamının əyləncəsi faicə ilə başa çatıb. Paraseylinq zamanı o, 35 metr yüksəklikdən okeana düşərək həlak olub.

Faciəni sahildə iş adamının xanımı və onlarla insan seyr ediblər.

Hassi Patonq şəhər xəstəxanasına aparılsa da, həkimlər heç nə edə bilməyiblər.

Rocer Con Hassi və onun xanımı, əslən Taylanddan olan Budsabun Thonqsanka kurortda 12 gün əvvəl istirahətə başlamışdılar.

Baş vermiş olayla bağlı paraşüt təlimatçısı, 38 yaşlı Runqroy Raksşaep və qayığın kapitanı, 45 yaşlı Montien Çanden həbs olunublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: milyonçu iş adamı çimərlikdə həlak oldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində