"Deyirdilər ki, Amaliya ölüb" - Xalq artisti başına gələnlərdən danışdı - FOTO

13 İyul 2017 21:17

Xalq artisti Amaliya Pənahova teatr və kino səhnəsində başına gələn təhlükələrdən danışıb. Milli.Az-a açıqlama verən aktrisa tamaşa qabağı yaşadığı bir qorxunc hadisəni bizimlə bölüşüb.

"Sabit Rəhmanın "Nişanlı qız" tamaşasının premyerasına hazırlaşırdım. Elə oldu ki, evdə qaynar şorba qazanını aşırtdım. Qaynar şorba ayaqlarıma töküldü, pis hala qaldım. Təcili yardım çağırıb, məni birtəhər özümə gətirdilər. Heç kimə minnət qoymadım, getməsəydim, tamaşaçılarım da məyus olardı, mən də. Ona görə səhnə qurban tələb edir. Ayaqlarımın yanmasına baxmayaraq, hündür daban ayaqqabıda tamaşanı əziyyətlərlə də olsa oynadım. Təcili tibbi yardım maşını da səhnənin arxasında dayanmışdı. Hətta şayiə yayılmışdı ki, "Amaliya ölüb, Amaliya qəzaya düşüb" deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az