Məlahət Abbasova ATV-də aparıcılıq edəcək? - FOTO

13 İyul 2017 21:12

Milli.Az-a daxil olan məlumata görə tanınmış aktrisa, Türkiyədə yaşayan Məlahət Abbasova ATV-də aparıcılıq edəcək. Artıq bu haqda danışıqlıqlar gedir. Layihənin hansı mövzuda olacağı isə hələlik bəlli deyil. Sənətçi bu haqda hələ ki, heç bir açıqlama verməyib. Aktrisanın uzun zamandır Bakıda olması şübhələri daha da artırıb.

Qeyd edək ki, Məlahət Abbasova ailə həyatı qurduqdan sonra Türkiyədə yaşamağa başlayıb. Onun iki övladı var.

Əli Rəhimoğlu

Milli.Az