Mətanət həmkarına əsəbləşdi: "İçin pisliklərlə doludur" - FOTO

14 İyul 2017 21:20

Tanınmış müğənni Mətanət Əsədova onu qalmaqala sürükləyən həmkarlarından danışıb.

Milli.Az bildirir ki, müğənni hal-hazırda bütün qalmaqallardan uzaqlaşdığını bildirib:

"Hal-hazırda insanlar üçün qalmaqala baxmaq maraqlı deyil. Artıq beziblər, camaat istəyir ki, evlərində oturub gözəl səsə, musiqiyə qulaq assın. Zaman-zaman məni də qalmaqallara sürükləyənlər olub. Mən istəmədən, bir də görmüşəm ki, qalmaqalın içindəyəm. Qalmaqalla reytinq qazanmaq lazım deyil. Əgər sənətdən başın çıxırsa, normal mahnı ərsəyə gətir, bu da olsun sənin reklamın. Bunu edə bilmirsən axı! İçin pisliklərlə doludur, pisliklərlə qaynayır. Sənin musiqi qəlbinin gözü kordur. Mən qalmaqallı insan ola bilmərəm, mən sənətkaram. Sənətimi nümayiş etdirib, sənətimlə məşğul oluram".

Əli Rəhimoğlu

Milli.Az