Xalq artistinin qızı: "Atamın qəfil ölümü anamı yorğan-döşəyə saldı"

12 İyul 2017 16:56

Xalq artisti Böyükxanım Əliyeva müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.

Milli.Az xəbər verir ki, aktrisanın qızı Səbinə Məsimova yeniçag.az-a açıqlamasında anasının bundan sonra ev şəraitində müalicə olunacağını deyib:

"Anam indi yaxşıdır. Əsas odur ki, qanaxması dayanıb. Amma həkimlər qəti şəkildə stressdən, əsəbdən uzaq olmağı tapşırıblar. Anamı yatağa salan da elə stress oldu. Yanvar ayında atam qəflətən dünyasını dəyişdi. Ondan sonra anam sakitləşmirdi, bütün günü ağlayırdı. Ötən ilin noyabrda evliliklərinin 40 illiyini qeyd etdik. Mən əlamətlərə çox inanıram, deyirlər 40 yaşı, 40 illiyi qeyd etməzlər. Həmin xoş hadisədən heç iki ay keçmədi ki, atamı itirdik. Anam stressdən yorğan-döşəyə düşdü, qanaxması onu xəstəxanalıq etdi. İndi şükür yaxşıdır, yavaş-yavaş özünə gəlir. Qanazlığına görə də dərmanlar qəbul edir".

Qeyd edək ki, Böyükxanım Əliyeva onikibarmaq bağırsaqda əmələ gələn yaranın güclü qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində