Müğənni Qədir Qızılsəs "100-dən 1-i" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi efirlərdə çox görünməyi sevmədiyini deyib:
"Efirlərdə az-az görsənməyi xoşlayıram. Tamaşaçını doydurmaq lazım deyil. Gərək elə edəsən ki, sənin üçün darıxsınlar. Həm də elə verilişlər var ki, onlarda özümü görmürəm. Oxuduğum mahnılar hər zaman hit olub".
Q.Qızılsəs bildirib ki, bir çoxları sənətdə ona mane olmağa çalışır:
"İndi də mənim varlığım çoxlarını narahat edir. Amma Qədir sənətinə sevgi hələ də var. 5 il oxumadım. Həmin ərəfədə məni sevməyənlər şayiələr yaydılar. Hətta yoxluğumdan istifadə edib, dedilər ki, Qədir Qızılsəs ölüb".
Müğənni heç vaxt duet oxumadığını söyləyib:
"Hər zaman solo oxumuşam. Lazım olsa oxuyaram, burada heç nə yoxdur. Qərar vermişəm, bundan sonra oxuyacam. Əsas tamaşaçı tələb etsin".
Qızılsəs mərhum xalq artisti İlhamə Quliyevanın toyunu onun idarə etdiyini söyləyib:
"İlhamə Quliyevanın toyunu mən etmişəm. Özü də bu, onun arzusu olub. Bu haqda İlhamə xanım heç vaxt danışmayıb. Həbib müəllim gəlib məndən xahiş etdi. Mən də razılaşdım. "İnturist"də olmuşdu toy".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində