Dondurmanı evdə özünüz hazırlayın - RESEPT

17 İyul 2017 07:00

Yay deyən kimi ağlımıza dərhal dondurma gəlir. Böyük-kiçik demədən hər kəsin sevdiyi dondurma evdə hazırlandıqda xüsusilə ləzzətli olur. Milli.Az ailem.az-a istinadən evdə dondurma hazırlamağın qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:
 
- 2 yumurta
- 2 stəkan şəkər tozu
- 2 stəkan süd
- 2 paket krem şanti
- Kakao
- Şokolad parçası
 
Hazırlanması:
 
Yumurta və şəkər tozu 10 dəqiqəyə qədər qarışdırılır. Üzərinə süd və krem şanti əlavə edilir və 10 dəqiqə daha qarışdırılır. Qarışımın yarısı qapalı qaba töküldükdən sonra buzxanaya qoyulur. Qalan hissəsinin də üzərinə kakao və şokolad parçaları töküb buzxanaya qoyulur.
 
Dondurmanı servis etməzdən 10 dəqiqə əvvəl buzxanadan çıxarıb xəfifcə yumşalmasını gözləyin. Dondurma qaşığını soyuq suya batırıb çıxarın və dondurmanı qablara qoyun. Üzərini meyvələr və nanə yarpaqları ilə bəzəyərək daha gözəl bir görünüş əldə edə bilərsiniz.

Milli.Az