UAZ avtomobilləri geri çağırılır

11 İyul 2017 21:03

"Ulyanovsk avtomobil zavodu" MMC Rusiyada 11 mindən çox avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar sükanın hidrogücləndiricisi ilə bağlı qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə istehsal olunmuş UAZ "Hanter" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində