İnsanın yaranışı ilə bağlı YENİ VERSİYA - FOTO

16 İyul 2017 22:31

Bəşəriyyətin yaranış nəzəriyyəsi ilə bağlı bir sıra fikirlər mövcuddur insanların əcdadları yadplanetlilər və hətta timsahlar ola bilərdi.

Milli.Az xəbər verir ki, 10 iyul 1925-ci il tarixində ABŞ-ın ən məşhur məhkəmə prosesi öz işinə başlayıb. İttiham olunan Con Skoups idi - gənc müəllim, hansı ki, Darvinin qadağan olunmuş təlimini tədris edirdi. Günümüzdə isə dünyanın əksər məktəblərində şagirdlər Darvini tanıyır, hətta onun nəzəriyyəsinə şübhə etməyən minlərlə insan var. İndiyə qədər alimlər arasında da belə mübahisələr yaranır, doğrudanmı insanlar meymundan yaranıb? Hərçənd Darvin insanın sırf meymundan yaranmasını iddia etmirdi. Hələ onu demirəm ki, bir çox ölkələrdə Darvinizmə qədər olan müxtəlif mifoloji nəzəriyyələr mövcud idi.

Yadplanetlilərdən

"Xarici Müdaxilə" nəzəriyyəsinə görə, Yer üzündə insanların yaranmasına səbəb əsasən yadplanetlilərdir. Bəlkə biz onların nəsilləriyik, bəlkə bizi süni şəkildə yaradıblar, bəlkə də vaxtilə ulu babalarımızla məhz onlar qarışılaşıblar? Çox qəribə versiyalar var: insan yadplanetli alimlərin heyvanlar üzərində eksperimentlərinin bəhrəsidir; yəni insan onların sınaq üçün şüşələrdə saxladığı DNT-lərdən yaranıb.

Heyvanlardan

İbtidai insanların inanclarını totemizm adlandırırlar. Bu təsəvvürlərə görə, hər bir qəbilənin öz heyvan-əcdadı var idi. Məsələn, canavar, qarğa, yaxud şir. Qədim insanlar totemizm heyvanlarını öz havadarları, əcdadları hesab edirdillər, lakin onlara sitayiş etmirdilər.

Androginlərdən

Qədim yunanlar əmin idilər ki, ilk insanlar bizə bənzəməyiblər. Onlar əcdadlarını androgin adlandırırdılar, yəni cinsi əlamətləri olmayan, şarvari bədən quruluşuna malik, səkkiz əli-ayağı, iki üzü olan canlılar. İnanca görə, bir dəfə bu gözəlçələr o qədər lovğalanmağa başladılar ki, Olimpin allahları ilə haqq-hesab çəkməkdən belə qorxmadılar; öz növbəsində Zevs, təbii ki, hirslənərək androginləri iki yerə parçalayıb və müasir insan da məhz onların davamçılarıdır.

Torpaqdan

3 din - İudaizm, Xristianlıq və İslam düşünür ki, ilk insanı vahid olan Allah tozdan, yaxud palçıqdan yaradıb. Yəhudilər və xristianlar inanırlar ki, Allah onları öz obrazına uyğun yaradıb. Lakin müsəlmanlar bu fikirlə razı deyillər. Onlara görə, insan heç bir halda Allaha bənzəmir, ümumiyyətlə, İlahi bənzərsizdir.

Homo nəslindən

Əsrlər keçir, elm inkişaf edir, hətta dini alimlər belə insanların daha aşağı varlıqlardan tədricən təkamül etməsinə göz yuma bilmirlər. Buna görə teist təkamül cərəyanı doğuldu: Bu nəzəriyyənin tərəfdarları düşünür ki, Allah insanın özünü yox, onun becərilməsi üçün material - Homo nəslini yaradıb.

Meymundan

Əslində Çarlz Darvin heç vaxt bizim meymunlardan yarandığımızı iddia etməyib. O deyirdi ki, bizim meymunlarla əcdadımız ola bilsin ki, eynidir. Həmin əcdadlardan da təxminən 3 milyon il əvvəl Afrikada insanaoxşar meymunlar yaranıb və onlardan isə haradasa 200 min il bundan əvvəl biz - müasir insanlar. Ancaq bu proses Tanrının iradəsi ilə deyil, məhz təbii seçim qanunları əsasında baş tutub. Nəzəriyyəyə görə, onların əmək alətləri istifadə edən qismində yavaş-yavaş nitq formalaşır, onlar sosiallaşır və məhz belələrinin sağ qalmaq şansı çox idi.

Hidropiteklərdən

Dəniz bioloqu Alister Hardinin təklif etdiyi Akvatik nəzəriyyə də olduqca maraqlı görünür. Ona inansaq, biz hidropitekdən - su meymunundan yaranmışıq. Hansı ki, bu canlı suda özünü çox gözəl hiss edirdi, və quruya çox gec çıxıb. Məhz bu amili rəhbər tutaraq, Hardi izah edir ki, şimpanzenin bədənində olan əhəmiyyətli tük örtüyü insan bədənində yoxdur.

Timsahlardan

Bu yaxınlarda Şimal-Qərb universitetinin amerikalı alimləri bildiriblər ki, əslində insanlar Yer üzündə təxminən 400 milyon il əvvəl yaşayan timsahabənzər məxluqlardan təkamül edə bilərdilər. O dövrün heyvan qalıqlarını öyrənməyə çalışan tədqiqatçıların bildirdiyinə görə, su reptiliyalarında məhz görmə orqanlarının təkamülü əllərin və ayaqların inkişafına gətirib çıxarmış, onlar quruya çıxandan sonra onurğalı heyvana çevrilib və beyin böyüməyə başlayıb. Alimlər düşünür ki, milyon illər keçdikcə, nəhayət, timsahabənzər varlıqların bəziləri o qədər inkişaf edib ki, "ağıllı insan"ın meydana çıxması mümkün olub. (publika.az)

Milli.Az