İffətin növlərini tanıyaq

13 İyul 2017 19:10

Mömin insan, xüsusilə də cavan üçün iffətli olmaq - zəruri mövzulardan biridir ki, həyatının hər bir sahəsində olan riayət etməlidir. İffətli olmağı bizə həm dinimiz və həm də ağlımız məsləhət bilir. Ancaq bu halda həyatımız aram və şirin ola bilər.

Əgər cavan həyatının hər bir sahəsində iffətə malik olmazsa, o zaman ailə bağları süstləşər, etimadı əldən verər, başqalarının sui-zənninə səbəb olar.
Qəlb iffəti.
Ailə bağlarını möhkəmləndirən amillərdən biri - qəlb iffətidir. O ailə ki, sevgi üzərində qurulmaz, həyatın kəskin tufanları qarşısında dözəbilməz. Əgər cavan qəlbinə başqa birini buraxmazsa və ancaq öz həyat yoldaşına sadiq olarsa, o zaman həmin ailənin təməli möhkəm və sarsılmaz olar.
Baxış iffəti.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran möminlərə tövsiyə verir ki, baxışlarına nəzarət etsinlər və iffətə riayət etsinlər. Çünki günah baxışlar insanı günaha salar. Əgər insanın baxışları iffətli olmazsa, həyatının başqa sahələrində də iffətsizliyə düçar olar.
Söz iffəti.
Söz iffəti insanın qəlbini paklaşdırar və onu çirkinliklərdən qoruyar. O kəslər ki, hər nə gəldi danışarlar və ağızlarına hər sözü gətirə bilərlər - həm xəlq və həm də Allah yanında dəyərlərini itirərlər.
Eləcə də cavanlar gərək ağızlarına hər nə gəldi gətirməsinlər və söz iffətinə riayət etsinlər.
Ətək iffəti.
Ətək iffəti yeniyetmə çağından başlayaraq cavanlıq yaşına qədər davam edərsə insan artıq yetkin yaşda onun meyvəsini yeyər. İnsan əgər şəhvətini kontrol etməzsə, o zaman dəhşətli ziyana uğrayar.
Qarın iffəti.
İnsanın bədbəxt edən amillərdən biri də qarınına nəzarət etməməsidir. Hər nə gəldi yemək, halal və harama diqqət etməmək, həddən artıq yemək - bunlar insanı həm cismi və həm də mənəvi cəhətdən bədbəxt edər.
Qarın iffətinin qəlb iffətinə təsiri böyükdür. Köhnə yemək cismi incitdiyi kimi, haram yemək də ruhu incidər. Ona görə də hər bir insan, xüsusilə də cavan gərək qarın iffətinə nəzarət etsin.
Əgər insan həyatının hər bir sahəsində iffətə riayət edə bilərsə, şeytan (lən) ona yaxınlaşa bilməz. Sirat yolu insanın üzünə açıq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində