Sui-zənnin insan üçün 9 ziyanı

13 İyul 2017 23:45

Sui-zənn və bədgümanların kökü insanın cahilliyində və tez qərar verməsindədir. İnsanın həqiqətdən agahlığı olmadığı üçün sui-zənn edər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu zaman da şeytan (lən) fəaliyyətə başlayar və vəsvəsə edər.

Sui-zənn - əxlaqi rəzil sifətlərdəndir ki, dinimiz onu məzəmmət edir.
Çünki sui-zənn özü ilə çoxlu ziyanlar gətirər. O cümlədən:
1. Günaha səbəb olar. Sui-zənn günah üçün şərait yaratdığı üçün Allah Təala bir çox ayələrində ondan uzaq olmağı tövsiyə edərək buyurmuşdur: "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır". ("Hucurat" 12).
2. İman üçün təhlükədir. Sui-zənn ictimai rabitələri aradan apara bilir və möminlər arasında olan qardaşlıq bağlarını qıra bilir. "Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də(bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz". ("Hucurat" 10).
3. Yalandır. Sui-zənn - yalanın bir növüdür. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, qorxu, simiclik, hərislik - bir sifətdirlər ki, bədgümanlıq onları hazır etmişdir".
4. Məzəmmət edər. Sui-zənn edən insan başqalarını həmişə məzəmmət edər. Çox təəccüblüdür ki, özümüz zəif tərəflərimizi bildiyimiz halda, özümüzü məzəmmət etmirik. Ancaq başqaları haqqında məlumatımız olmadığı halda, sui-zənn etdiyimiz üçün onu rahat məzəmmət edə bilirik.
5. Etimadın aradan getməsi. Sui-zənn böyük ictimai nemət olan etimadı aradan aparar və rabitələrdə böhran yaradar. İmam Əli (ə) buyurur: "Ən pis insan o kəsdir ki, bədgümanlığına görə heç kəsə etimad etmir. Başqaları da pis əməllərinə görə ona etimad etmirlər".
6. Sülhün aradan getməsi. Sui-zənn bir xora kimi insanı içdən yeyər və barışmaq üçün yer qoymaz. Bu cür insan kini özündən uzaqlaşdıra bilməz. İmam Əli (ə) buyurur: "Hər kimə bədgümanlıq hakim olar, heç bir dostla barışmaq üçün yer qoymaz".
7. Dostlarını əldən verər. İmam Əli (ə) övladına belə tövsiyə verir: "Bədgümanlıq səni ürəyi yanan dostdan məhrum etməsin".
8. Ani ölümə səbəb olar. İnsanın qəti və qəti olmayan əcəli olar. Qəti olmayan əcəlin insanın əməlləri ilə sıx rabitəsi vardır. Sileyi-rəhm, yaxşı əməllər və sədəqə onu təxirə sala bilir. Əksinə bədgümanlıq, şəkk əhli olmaq onu tezləşdirə bilir.
9. Həqiqətləri dərk edə bilmir. Bədgüman olan insan həqiqətlərdən uzaq olar və onu dərk edə bilməz. Allah Təala Quranda da bu həqiqətə işarə edərək buyurmuşdur: "Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir. Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar. Buna görə də (Qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə". ("Duxan" 8-10).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində