Telefon vasitəsilə əqd (kəbin) oxutdurmaq olarmı?

13 İyul 2017 20:15

Müctəhidlərin əksəriyyəti telefon vasitəsilə kəbin kəsdirməyi icazəli bilirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin bu zaman əqdin (kəbinin) şərtləri mütləq qorunmalıdır. Məsələn, əsas şərtlər sırasında bunları qeyd etmək olar: tərəflər gərək kəbinə razı olsunlar, tərəflərdən hər hansı biri kəbində iştirak etmirsə onun vəlisi (nümayəndəsi) onun adından razılıq bildirsin, mehriyyənin miqdarı gərək müəyyən edilsin, ərə gedən qız bakirədirsə gərək atası icazə versin. Əgər bu və digər şərtlər səsli telefon əlaqəsi zamanı dəqiq surətdə qorunarsa, o halda kəsilən kəbini düzgün saymaq olar. Müasir mərceyi-təqlidlərdən Ayətullah Məkarim Şirazi isə kəbinin hüzuri olaraq kəsilməsini, yəni kəbin kəsdirən tərəflərin (və ya nümayəndələrin) və kəbin kəsən şəxsin bir məkanda toplaşması şərtilə iştirak etməsini lazım bilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində