LG Q6 smartfonu təqdim olundu

13 İyul 2017 08:25

"LG" şirkəti "LG G6" qabaqcıl smartfonunun mini-versiyasını təqdim edib. "LG Q6" seriyasına məxsus aparat 3 variantda əlçatandır: "LG Q6", "LG Q6+" və "LG Q6a". Hər üç qurğu 2880x1440 piksel təsvir ölçülü 5,5 düymlük çərçivəsiz displeylə təchiz edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, çərçivəsiz dizayna malik qurğular alüminium çərçivəli bükük korpusla təchiz ediliblər. Hər üç aparat "Snapdragon 435" prosessoru, işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik genişbucaqlı ön kamera, 3000 milliamper/saat tutumuna malik batareya ilə təchiz edilib və "LG UX 6.0" interfeysinə malik "Android 7.1.1 Nougat" əməliyyat sistemi ilə işləyir.
 
Smartfonlar bir-birindən yalnız yaddaşın tutumu ilə fərqlənir. Məsələn, "LG Q6+" smartfonu 4 QB əməli yaddaş və 64 QB fləş yaddaşla təchiz edildiyi halda, "LG Q6" və "LG Q6a" müvafiq olaraq 3/32 QB və 2/16 QB yaddaşa malikdir.
 
Hər üç modeldə "LTE/3G/2G" dəstəyi nəzərdə tutulub, "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.2", "NFC" və "USB Type-B 2.0" var. Aparatların ölçüsü 142,5 x 69,3 x 8,1 mm, çəkisi 149 qr-dır. Modifikasiyadan asılı olaraq qurğular "Astro Black", "Ice Platinum", "Marine Blue", "Mystic White", "Terra Gold" rənglərində əlçatan olacaq.
 
"LG Q6" smartfonu növbəti ay Asiyanın əsas bazarlarında satışa çıxarılacaq və tədricən Avropa, Latın Amerikası və Şimali Amerikanın başqa ölkələrində yayılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində