Yeni Huawei Enjoy 7 təqdim olundu

13 İyul 2017 07:41

"Huawei" şirkəti "Enjoy 7" smartfon modelini təqdim edib. Ötən il buraxılan "Enjoy 6" smartfonunu əvəz edən yeni qurğu apreldə Çində təqdim edilən "Enjoy 7 Plus" modelinin kiçik versiyasıdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaş tutumuna malik "Huawei Enjoy 7 Plus" modelinin qiyməti 132 dollar təşkil edir. Qurğunun 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyası isə 161 dollar qiymətləndirilir.  
 
Məlumata görə, smartfon "HD" (720 x 1280 piksel) təsvir ölçüsünə malik 5 düym diaqonallı ekran, barmaq izi skaneri, 5 meqapikselli ön və 13 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun əsasını səkkiznüvəli "Qualcomm Snapdragon 425" prosessoru, 2 və ya 3 giqabaytlıq operativ və "microSD" kartı ilə genişləndirmə imkanına malik 16 və ya 32 giqabayt tutumlu quraşdırılmış yaddaş təşkil edir.
 
Akkumulyator tutumu 3020 milliamper/saata bərabər "Huawei Enjoy 7 Plus" smartfonu "EMUI 5.1" interfeysli "Android 7.0 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində