14 yaşlı oğlan milyonçu rəssam oldu - FOTO

15 İyul 2017 20:30

Kiron Uilyamson istedadını təsadüfən aşkarlamış gənc rssamdır. 2008-ci ildə valideynləri ilə səyahətdə olarkən o, kiçik peyzajlar çəkib. Bir qədər sonra isə rəssamlıq onun yaşamına çevrilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 14 yaşlı Kiron artıq əsərlərini çox böyük məbləğə çatır.

"Kiçik Mone" adlandırılan Kironun üzləşdiyi hüquqi və iqtisadi problemlərin hamısını onun valideynləri həll edir.

İlk əsərini 2 yaşında çəkmiş Kiron indi ən ucuz əsərini 55 min funt-sterlinqə satır.

8 yaşı olanda ailəsi üçün ev almış Kiron indi valideynləri Maykl və Keyt, 12 yaşlı bacısı Billi-Co ilə birlikdə Norfolkdakı Lyudhem şəhərində yaşayır.

"Bəyəndiyim əsərləri çəkirəm. İstəməyəndə də molbertə yaxın durmuram", - artıq milyonçu olmuş Kiron Uilyams deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində