"WhatsApp"a maraqlı yenilik gəlir - vaxt itkisinə qarşı - FOTO

10 İyul 2017 13:11

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp" yaxın günlərdə mətn formatı ilə bağlı yenilik edəcək.

Milli.Az "Mirror"a istinadla bildirir ki, yenilik mətnin forması ilə bağlı olacaq. Belə ki, artıq, hərfləri qalın ( bold ), əyri ( italic ) yazmaq üçün menyuda xüsusi bölmə açılacaq.

Qeyd edək ki, hazırda "WhatsApp"da hərfləri qalın yazmaq üçün * ya da _ işarələrindən istifadə etmək lazımdır.

Bəxtiyar Umarlı
Milli.Az