"Türkiyə BTC və TANAP layihələrini dəstəkləməyə davam edəcək" - nazir

9 İyul 2017 23:07

Türkiyə regionda enerji layihələrinin icrasında iştirak edən əsas ölkələrdən biridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu 22-ci Dünya Neft Konqresində çıxış edən Türkiyənin energetika və təbii reusrslar naziri Berat Albayrak deyib.

Onun sözlərinə görə, Türkiyə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində yönəlmiş investisiyaları dəstəkləməyə davam edəcək.

"Bakı-Tbilisi-Ceyhan boru kəməri və Transanadolu (TANAP) qaz kəməri bunun bariz nümunədir", - deyə nazir bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində