Nokia yeni smartfonunu təqdim etməyə hazırlaşır

11 İyul 2017 07:33

Cari ay dünyada yeni "Nokia 3", "Nokia 5" və "Nokia 6" smartfonlarının satışına start veriləcək. Məlumata görə, cari ilin sonuna kimi indi "Nokia" brendinə məxsus smartfonların buraxılışı ilə məşğul olan "HMD Global" şirkəti bir neçə model, həmçinin "Nokia 9" smartfonunu təqdim etmək niyyətindədir. Sonuncu cihaz haqda internetdə kifayət qədər şayiə yayılıb, həmçinin cihazın real şəkilləri yerləşdirilib. Amma əgər son məlumatlara inansaq, növbəti təqdim ediləcək smartfon "Nokia 8" olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, internetdə yayılmış şəkillərdən göründüyü kimi, "Nokia 8" smartfonu nazik çərçivəli və bükük displeylə təchiz ediləcək. Aparat qara, qızıl, göy və bənövşəyi daxil olmaqla bir neçə rəngdə buraxılacaq.
 
Məlumata görə, yeni aparat 5,3 düymlük "QHD" təsvir ölçülü ekran, "Snapdragon 835" prosessoru, 4 və ya 6 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaş qurğusu ilə təchiz ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində