57 ilin "Volqa"sı: əsasən bəy-gəlin maşını üçün istifadə olunur - VİDEO

8 İyul 2017 20:36

Sumqayıt sakini sovet istehsalı olan "Qaz 21" Volqa maşını ilə şəhər sakinlərinin diqqət mərkəzindədir. Sahibi əsasən bəy-gəlin maşını üçün istifadə olunan "Qaz 21"ə son vaxtlar tələbatın atrdığını deyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 1960-ci ildə istehsal olunan avtomobil hələ də saz vəziyyətdədir.
Bu avtomobilə əsasən toy edən gənclər maraq göstərirlər.
Sumqayıtda 1960-cı ilin istehsalı olan "Qaz 21" Volqa avtomobili öz yaşıdı olan sahibini hələ darda qoymayıb. Hətta ona pul da qazandırır. Retro avtomobilin sahibi 57 yaşlı Ərəstun Paşayev deyir ki, toy edənlər gəlin maşını üçün onun avtomobilini seçirlər.
O, öz avtomobili ilə Bakı-Sumqayıt, eləcə də bölgələrimizdə şad günlərdə iştirak edir.
Ərəstun Paşayev deyir ki, avtomobil saz vəziyyətdədir. Müəyyən yerində hər hansı bir nasazlıq hiss edərsə, o özü ona əl gəzdirir. "Volqa"nın sahibi artıq bir neçə ildir şəhid ailələri üçün pulsuz xidmət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

57 ilin