Neft ucuzlaşdı

8 İyul 2017 10:13

Dünya birjalarında neft ucuzlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,29 dollar və ya 2,83% azalaraq 44,23 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,10 dollar və ya 2,29% azalaraq 47,01 dollar olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində