2011-ci ildə «Nabucco» borusunun tikintisinə başlanılacaq

18 Mart 2010 17:21
"İTAR-TASS"ın məlumatına görə, bunu "Nabucco Gas Pipeline GmbH" konsorsiumunun icraçı direktoru Raynhard Miçek bildirib. "Bu il layihənin reallaşdırılması istiqamətində ciddi irəliləyişlər olacaq: mühəndis-texniki hazırlıq işləri başlanacaq, maliyyələşdirmə məsələləri həll ediləcək, qaz mənbələrinin axtarışı aparılacaq. 2011-ci ildə isə boru xəttinin cənub hissəsinin tikintisinə başlanılacaq", - deyə Miçek bildirib. O, 2014-cü ildə ilk qazın nəql olunacağını da söyləyib.

Milli.Az