Ac ayı evə girib mətbəxi alt-üst elədi - VİDEO

16 İyul 2017 13:49

ABŞ-ın Kolorado əyalətində ac qalan ayı ətrafdakı yaşayış evlərindən birinə hücum edib.

Milli.Az xəbər verir ki, ev sahibi yuxuda olarkən evə girən ayı düz 6 saat orada qalıb.

Yeməyə heç nə tapa bilməyən heyvan mətbəxin altını üstünə çevirib və sonunda soyuducunu kəşf edib.

Evin təhlükəsizlik kameralarına düşən görüntüdə ayının arxa ayaqları üstündə durub soyuducunun qapısını asanlıqla açdığı görülür.

Ev sahibi yuxudan oyandıqdan sonra evinə vəhşi heyvanın girdiyini görüb və bölgənin səlahiyyətli orqanlarına xəbər verib.

Dərhal hadisə yerinə gələn "Kolarado Parkları və Vəhşi Həyatı Mühafizə" orqanının nümayəndələri ayını tüfənglə vuraraq öldürüblər. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ac ayı evə girib mətbəxi alt-üst elədi