Ərinə görə hamilə qadını qaçırıb zorladılar, uşağının başını əzdilər - VİDEO - FOTO

7 İyul 2017 11:43

Ötən gün axşam saatlarında Türkiyənin Sakarya vilayətinin Kaynarca Mahalında Suriya əsilli 9 aylıq hamilə qadını, 10 aylıq uşağı ilə birgə qaçırıblar.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, meşəlik sahəyə aparılan gənc qadın zorlandıqdan sonra oğlu ilə birlikdə başları daşla əzilərək öldürülüblər.

İstintaq sonrası tutulan B.K. ilə C.K. günahlarını etiraf ediblər. Şübhəlilərin bir neçə gün əvvəl dalaşdıqları iş yoldaşlarının iş növbəsində olduğundan istifadə edərək, gecə saatlarında evinə girib arvadını və uşağını oğurladıqları məlum olub.

9 aylıq hamilə Əmani Arrahmanın bu gün (Cümə) doğum üçün xəstəxanaya aparılacağı nəzərdə tutulurdu.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

9 aylıq hamilə qadını oğurlayıb zorladılar: uşağının başını daşla əzdilər - Ərinə görə

Ərinə görə hamilə qadını qaçırıb zorladılar, uşağının başını əzdilər - 1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində