Canlı yayımda mübahisə: qonaqlar studiyanı tərk etdi - VİDEO

2 İyul 2011 13:41
Türkiyənin "Habertürk" telekanalının canlı yayımında mübahisə yaranıb. Milli.Az xəbər portalının məlumatına görə, "Türkiyənin nəbzi" proqramının qonaqları Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Süreyya Batum, Sülh və Demokratiya Partiyasının (BDP) deputatı Hasip Kaplan, Milliyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili Sinan Ojan və jurnalistlər Fikri Akyüz, Lelae Kemal, Nasuhi Güngör olub.

Süreyya Batumun jurnalistlərlə bağlı təhqiramiz ifadələrindən əsəbiləşən hər üç jurnalist eyni vaxtda studiyanı tərk edib. Aparıcı Didem Yılmaz canlı yayımda yaranan gözlənilməz vəziyyətdən çıxış yolunu reklam fasiləsi verməkdə görüb.

Milli.Az