Qəzada ölən qardaşlar deputatın qohumudur... - FOTO

6 İyul 2017 12:26

Ötən gün Bakıda baş verən və 3 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələn dəhşətli qəzanın təfərrüatları məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həlak olan Hacızadə Rövşən Üzeyir qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir. 

Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış.  

Fotoda: Üzeyir Hacızadə

"Qafqazinfo" məsələ ilə bağlı deputat Şəmsəddin Hacıyevlə əlaqə saxlayıb. O, hadisədən dərin üzüntü keçirdiyini vurğulayıb və məsələnin araşdırıldığını qeyd edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində