Zəhranın ölümü Türkiyə mətbuatında - FOTO

5 İyul 2017 14:46

Türkiyə mətbuatı ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhrə Quliyevadan yazır. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Türkiyənin öndə gedən xəbər saytları erməni vəhşiliyindən yazıb. Haberturk.com, Star.com, Cnnturk.com, Haberler.com, Anadolu Ajansı kimi hegemon xəbər portalları ötən gün Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasını yayıblar. 

Qeyd edək ki, Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində