"Buyur, istədiyin qızı seç" - FOTO
3 İyul 2011 16:37
Milli.Az xəbər portalı "China Daily"yə istinadən bildirir ki, Çinin Uxan şəhərində qəribə gözəllik müsabiqəsi keçirilib. Bank hesablarında yetərincə pulu olan gənc çinlilər evlənmək istədikləri qızı seçmək üçün podiuma çıxmış 60 gənc, gözəl xanım arasında seçim imkanı qazanıblar.
Gözəl, seksual görkəmli çinli qızlar varlı subay kişilərə xoş gəlmək üçün çimərlik paltarlarında o baş-bu başa gəzişiblər.
"Seçim"ə giriş bileti 99999 yuan (15425 dollar) olub. Qız seçmək istəyənlər bank hesablarında 30 milyon yuandan artıq pul olduğunu sübut edən sənəd təqdim etməliydilər.
Milli.Az





