Ona "Zülmətin kraliçası"deyirlər - FOTO

13 İyul 2017 21:01

"Qaradərili qadınlar özlərindən əsla bədgüman olmamalıdır. Onlar gözəldir".

Əslən Sudandan olan model Nyakim Qatçeh İnstagram-dakı profilində belə yazıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 24 yaşlı Nyakim Cənubi Sudanda doğulub, indi ABŞ-ın Minnesota ştatında yaşayır.

Dediyinə görə, model olmayacaqdı - bir taksi sürücüsü onu aşağılamasaydı.

"Uber taksisi idi. Oturdum, sürücü mənə baxıb güldü. "10 min dollar verib dərini bir qədər açıq rəngli elə" dedi. Onun cavabını verdim, amma həmin gün çox ağladım. Sonra qərara gəldim ki, həyatımı dəyişim. Model olmaq istədim, oldum da", - Nyakim deyib.

Nyakim Qatçehi indi "Zülmət kraliçası" adlandırırlar. Dərisinin rəngi qara olan Nyakim populyar modellərdən birinə dönməkdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində