Qızını lağa qoyan ata İnstagram ulduzu oldu - FOTO

13 İyul 2017 21:30

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan Kris Barr Martin 16 yaşlı qızı Kessinin İnstagram-dakı profilində paylaşdığı fotoları bəyənmirdi.

O, qızının fotolarının ironik parodiyalarını yaratmaq qərarına gəlmişdi.

Milli.Az NBC-yə istinadən bildirir ki, Kris Martin indi İnstagram ulduzudur. Onun profilinin daimi təqibçilərinin sayı 144 min nəfərə çatıb.

Onun qızının profilində isə 77 min daimi təqibçi var.

Milli.Az