Qəhvə və süd əsər oldu - FOTO

3 İyul 2011 08:37
Milli.Az xəbər portalı "European"a istinadən bildirir ki, Latviyanın "Double Coffee" kafelər şəbəkəsi Rusiyanın paytaxtı Moskvada ikinci kafesinin açılışını maraqlı mərasimlə qeyd edib.
Moskvanın Köhnə Arbat küçəsində keçirilmiş mərasim zamanı dizaynerlər yerə içində yerə qəhvə və süd olan finacanlar düzərək "Double Coffee"nin loqotipinin mozakikasını yaradıblar. Onlar 3300 fincan, 220 litr qəhvə və 120 litr süddən istifadə ediblər.

Fincanların bir-birinin yanında möhkəm durmaları üçün dizaynerlər onların arasına döyülmüş qəhvə səpləyiblər.

İki il əvvəl Avstraliyanın Sidney şəhərində analoji mozaika yaradılmışdı. Həmin mozaikaya 3603 fincan qəhvə və 110 litr süd sərf olunmuşdu.

Milli.Az