Baxın, kim gəldi - FOTO
2 İyul 2011 09:00
Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, Monako şahzadəsi Albertin toyundan cəmi bir gün əvvəl şəhərdə Nikol Kost peyda olub.
Toqodan olan 39 yaşlı Nikol Kost - "Air France" aviaşirkətinin sabiq stüardessası 2003-cü ildə şahzadə Albertlə qısamüddətli "eşq macərası"ndan sonra ana olub. Nikikolun dediyinə görə, Aleksandrın atası şahzadə Albertdir. Monako şahzadləsinin vəkilləri "bu, yanlış iddiadır" desələr də, məhkəmənin qərarı ilə aparılmış DNT analizləri Aleksandrın məhz Albertin oğlu olduğunu təsdiqlədi.
Nikol Kostun dediyinə görə, sabiq sevgilisinin indi Şarlin Vitsstokla evlənməs ini normal qarşılayır.
"Şahzadə deyib ki, onun nikahdankənar övladlarının Monako taxtına heç bir iddiası ola bilməz. Bununla belə, Albert oğlumun qayğısına qalacağına söz verib", - Nikol söyləyib.
Milli.Az