Baş memarın iş otağını soyan şəxs tutuldu
18 Mart 2010 15:37
Gəncə şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə ötən il dekabrın 8-də baş verib. İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, şəhərin baş memarı Məmməd İbrahimovun inzibati binadakı iş otağından olunan oğurluqda şübhəli bilinən 35 yaşlı Ceyhun Verdiyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az