Azərbaycan gimnastı FIG kubokuna layiq görüldü

3 İyul 2022 19:19

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə keçirilən Dünya kubokunda batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən beşinci pillədə qərarlaşıb.

Bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançımız bu il iştirak etdiyi dörd Dünya kubokundan üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının kubokuna (FIG) layiq görülüb.

Milli.Az