Versace «od qiyməti»nə mobil telefon yaradır

19 Yanvar 2010 13:16
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, artıq şirkətlə Fransanın ModeLabs Group SA dizayner bürosu arasında müqavilə imzalanıb. İtaliya şirkətinin rəhbəri Donatella Versaçenin bildirdiyinə görə, yeni telefonun qiyməti 5000 dollardan baha olacaq.

Qurum telefonlarına əsasən Asiya, Yaxın Şərq və Rusiyada təlabatın yüksək olacağını proqnozlaşdırır.

Milli.Az