Yeni BMW X3 - FOTO

9 İyul 2017 22:35

Bavariya şirkəti ortaölçülü krossoverin üçüncü nəslini rəsmən təqdim edib. Avtomobil əvvəlki X3 modelindən fərqli olaraq ölçüləri daha böyükdür: Hündürlüyü iki mm azalsa da təkər bazası 2810-dan 2864 mm-ə, uzunluğu 4657-dən 4708 mm-ə və eni 1881-dən 1891 mm-ə qədər artıb. Bu da birinci nəsl X5 modelindən daha böyük olmasını göstərir.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, xarici görkəmdə ingilabı dəyişikliklər baş verib. Ən əsas fərq isə öndə hiss olunur: fənərlər artıq vizual olaraq daha iri radiator barmaqlığından ayrılıb. Duman əleyhinə fənərlər isə, artıq dəyirmi deyil, uzadılmış işıqdiodludur.
Ban mükəmməl şəkldə optimizə edilib. Çəki paylanması idealdır - 50:50. Ümumi çəkisi əvvəlkindən fərqli olaraq 55 kq daha azdır. Baqaj həcmi isə yenilənməyib, 550-dən 1600 litr arasında dəyişir.
Salonda artıq hərəkətlərlə idarə olunan 10,2 dyümlü multimediya sistemi də quraşdırılıb. Əlavə ödəməylə rəngli proyeksiya ekran, 12,3 dyümlü virtual cihazlar paneli, üç zonalı klimat-kontrol, interaktiv BMW Display Key açarı, pnevmoasma olmadığı üçün M-asma və digər opsiyaları sifariş vermək mümkündür.
BMW X3 üç versiyada təqdim olunacaq: 360 atlı M40i benzin, həmçinin 190 at güclü xDrive20d və 265 at güclü xDrive30d dizel mühərrikli. Bütün güc aqreqatları 8 pilləli hidromexaniki avtomat sürətlər qutusu ilə tandemdə çalışacaq. İlin sonunda 252 atlı xDrive30i, 2018-ci ilin baharında isə, 184 a.g. təşkil edən xDrive20i benzin mühərrikli versiyalar da satışa çıxarılacaq. Sonuncu Amerika Bazarı üçün nəzərdə tutulub, Avropa və Azərbaycanda təklif olunmayacaq. Qiymət barədə məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində