"Facebook"un banisinin nə qədər pulu var?

1 İyul 2011 11:28
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, "Facebook" sosial şəbəkəsinin banisi Mark Sukerberqin şəxsi varidatı artıq 18 milyard dolları keçib. Bu isə onu informasiya texnologiyaları sahəsindəki milyarderlərin reytinqində 3-cü pilləyə yüksəldib.

İndi Sukerberqdən öncə ancaq Bill Geyts və "Oracle" korporasiyasının banisi Larri Ellisondur. İlk beşlikdə sonrakı yerləri isə "Apple"nin sahibi Stiv Cobs, habelə "Coocle"nin baniləri Sergey Brinlə Larri Peyc tutublar.

Mark Sukerberqin varidatı "Facebook"un səhmlərinin son hesablanması əsasında aparılıb. "Forbes" bildirir ki, "GSV Capital" investisiya fondu bu yaxınlarda "Facebook"un 225 min səhmini hər biri 29,28 dollardan olmaqla satın alıb.
Bu xəbərdən sonra sosial şəbəkənin səhmləri daha 40 faiz bahalaşıb və 90 milyard dolları keçib.

Milli.Az