Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, dünyanın ən böyük sərinləşdirici içkilər istehsalçıları olan "Pepsi Cola" və "Coca Cola" korporasiyaları arasında yeni qarşıdurma yaranıb.
"Coca Cola" korporasiyasının 80 ildən bəri reklam simvolu qismində istifadə etdiyi Santa-Klausdan yararlanmaq fikrinə düşən "Pepsi" böyük qalmaqala səbəb olub. Yeni reklamın süjetinə görə, "məzuniyyət"də olan Santa-Klaus qısaqol yay köynəyindədir və onun əlində "Pepsi-Kola" bankaları var.
İstirahət edən Santa içki qismində məhz "Pepsi"ni seçib.
"Coca-Cola" korporasiyası dünən bəyan edib ki, 1931-ci ildən bəri Santa-Klaus obrazından istifadə edir. Əynində qırmızı-ağ paltar olan bu kök, şən insan dünyanın hər yerində "Coca-Cola" ilə assosiasiya olunur.
"Pepsi" isə bildirib ki, əslində hələ 1925-ci ildə "White Rock" içkisinin reklam kampaniyasında Santa-Klaus obrazından istifadə etmişdi.
"Diet Coke"ni satışa çıxarandan sonra "Coca Cola"nı üstələməyə və satış həcmlərini artırmağa çalışan "Pepsico" yeni "Summer Time iz Pepsi Time" reklam kampaniyası vasitəsilə məqsədinə çatmaq niyyətindədir.
Reklam çarxında Santa-Klaus çimərlik diskotekasında rəqs edir, susayır və bara yaxınlaşır. Barmen onu tanıyaraq iki "Coca-Cola" uzadır. Amma Santa deyir: "Mənə "Pepsi" ver!" Çaşqın qalan barmenin "Axı siz Santa-Klaussunuz, həmişə "Coca" içirsiniz?!" deyir. Santa isə irəli əyilir və pıçıldayır: "Məzuniyyətdəyəm. Bir qədər istirahət etmək fikrim var".