Azərbaycanlı model ana oldu

28 İyun 2017 13:56

Model Solmaz Allahverdiyeva ana olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, türkiyəli iş adamına ərə gedən Solmazın qızı dünyaya gəlib. O, övladına İrem adını qoyub. 

Xəbəri Solmazın bacısı, keçmiş model və mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə verib. 

Qeyd edək ki, Solmaz ərə getdikdən sonra Türkiyəyə köçüb. Onun toyu ötən il olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində