Dözülməz diz ağrılarına qarşı təbii yollar

29 İyun 2017 08:25

Müəyyən bir yaşdan sonra insanların çoxu diz ağrısından şikayət edir.

İndi isə, gəlin bu ağrıları yüngülləşdirən təbii yollarla tanış olaq:
Sarıkök: Diz ağrıları üçün istifadə edilən ən təsirli yollardan biridir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tәrkibindəki kurkumin maddəsi ilə antioksidant və enflamatuar xüsusiyyətlər göstərir vә sağalma prosesini sürətləndirir.
Qırmızı istiot: Acı istiot kapsaisin maddəsi ilə təbii bir ağrı kəsici kimi özünü göstərir. Bu səbəblə diz ağrıları üçün də istifadə edilə bilər.
Zəncəfil: Təsirli və güclü enflamatuar xüsusiyyətləri vardır. Diz, əzələ və oynaq ağrısı üçün təbii bir müalicə üsuludur.
Çəmən toxumu: Dizlərdə yaranan problemləri azaltmağa kömək edir vә ağrıları azaldır.
Düyü: Pörtülmüş düyü püre halına gətirilir. Soyuducuda bir müddət saxlanıldıqdan sonra ağrıyan bölgəyə tәtbiq edilir. Bu üsul ağrı və şişləri azaldır.
Darçın: Xüsusilə balla istifadə edildikdə diz ağrısını azaltmaqda son dərəcə təsirlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində