Dünyanın nəqliyyyat nəhəngi İranı tərk edir

30 İyun 2011 22:08
"Media forum" saytının məlumatına görə, 29 iyun bəyanatında deyilir ki, bu addım ABŞ-ın İrana qarşı qoyduğu sanksiyalarla bağlıdır: "Maersk line" şirkəti öhdəlik götürüb ki, xarici ticarətlə əlaqədar İrana qarşı qoyulan sanksiyalar və beynəlxalq nəzarət sistemi ilə əməkdaşlıq etsin. Məhz buna görə də şirkət özünün İranın "Bəndər Abbas", "Bəndər Xomeyni" və "Osləviyyə" limanlarındakı fəaliyyətini dayandırmağı qərara alıb".

"Maersk line" dəniz nəqliyyat şirkətinin bu addımının İrana ərzaq və yeyinti mallarının nəqlinə ciddi xələl gətirəcəyi güman edilir.

Milli.Az