Türkiyə prezidenti böhrana müdaxilə etdi

30 İyun 2011 22:02
"Trtazerbaycan.com"un məlumatına görə, Abdulla Gül CXP, MHP və BDP liderlərini Çankaya Köşkünə dəvət edib. MHP lideri Dövlət Baxçalı proqramının sıxlığını əsas gətirərək dəvəti qəbul etməyib. CXP lideri Kamal Kılıçdaroğlu isə iyunun 30-da Çankaya Köşkünə çıxıb və prezidentlə görüşüb. Abdulla Gül BDP-li deputatları təmsil edən Şərafəddin Elçi və Əhməd Türkü iyulun 1-də qəbul edəcək.

Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyası 550 yerlik parlamentdə 326 mandat alıb. Cümhuriyyət Xalq Partiyası 135, Milliyyətçi Hərəkat Partiyası 53, Barış və Demokratiya Partiyası 36 mandat alıb.

Barış və Demokratiya Partiyasının deputatlarından biri mandatdan məhrum olunduğundan bu qurum yeni parlamentin ilk iclasına qatılmayıb. Cümhuriyyət Xalq Partiyası isə deputat seçilən iki məhbusun azadlığa buraxılması tələbi qoyaraq andiçməyə qatılmayıb.

Milli.Az