Oğurluq edən bacı-qardaş yaxalandı
18 Mart 2010 13:31
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 7-nə keçən gecə Bakı şəhər sakini Elşən Bayraməliyevə məxsus A.Heydərov küçəsindəki mağazadan pəncərəni sındırmaq yolu ilə 480 manat, danışıq kartları və spirtli içkilər oğurlanıb. Martın 15-nə keçən gecə isə İntiqam Məmmədov adlı şəxsin Hidayətzadə küçəsində yerləşən mağazasından dəmir barmaqlıqlar kəsilərək oğurluğa cəhd olunub. Amma oğurluq hadisəsi naməlum səbəblərdən baş tutmayıb.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər saxlanılaraq istintaqa cəlb olunub. Bunlar Bakı şəhər sakinləri Emil Əliyev, Fuad Hüseynov və bacısı Rəna Hüseynovadır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az