Goranboyda sel ciddi fəsadlar törədi - VİDEO - FOTO

23 İyun 2017 17:52

Güclü yağışlar Goranboyda fəsadlara yol açıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artıb və çay daşıb.

Sel suları rayonun Goranlı, Kürəkçay, Nadirkənd və Qazancı kəndlərində əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində problemlər yaranıb.

Nəbi Yolçiyev - Sakin: "Bu nəmişlik deyilən ərazidən su daşıb, taxıl sahələrimizi basdı. Buradan keçən sular qabaqdakı pambıq, yonca sahələrini sel altında qoydu".

Orxan Hətəmov - Sakin: "5-10 dəqiqə yağış yağdı, sel dəhşət gəldi. Gediş-gəliş də olmur, zülmlə çıxmışıq yolu".

Təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar işlərə başlayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: