"Nissan" 7 minə yaxın avtomobili geri çağırıb

22 İyun 2017 22:08

"Nissan Manufacturing Rus" şirkəti Rusiyada 7 minə yaxın avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərar sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş "Nissan Murano Z51" modellərinə şamil olunur.

Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində