Ən təhlükəli mafioz tutuldu

20 İyun 2017 13:04

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıblar.

Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi.

Polisin məlumatına əsasən, Antonio S. "Kontini" mafiya dəstəsinin tərkibində fəaliyyət göstərib.

2011-ci ildə Neapol məhkəməsi beynəlxalq narkotik ticarətinə və mafiya təşkilatlarında iştiraka görə mafiozun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində