ABŞ-ın Ermənistandakı səfirliyində qorxulu anlar yaşandı

20 İyun 2017 12:23

ABŞ-ın İrəvanda yerləşən səfirliyində Ermənistan vətəndaşlarının qəbulu zamanı anidən həyəcan siqnalı verilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, səfirliyin işçiləri və qəbulda olan vətəndaşlar təşvişə düşüblər.

Onlar masanın atlına girərək təxminən 20 dəqiqə gözləyiblər. 

ABŞ səfirliyində hansı səbəbdən həyəcan siqnalının verilməsi barədə ətraflı məlumat verilməyib. 

Qeyd edək ki, həyəcan siqnalı adətən terror aktı və digər təhlükəli vəziyyətdə verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində