101 sərnişinin olduğu Türkiyə təyyarəsini ildırım vurdu - VİDEO

20 İyun 2017 10:59

Türk Hava Yollarının Atatürk Hava limanından qalxan təyyarəsi ildırım vurduğu üçün təcili eniş edib.

Türk Hava Yollarının (THY) TK-427 səfər saylı Boeing 737-800 tipli, TC-JGD qeydiyyatından keçmiş təyyarəsi saat 21.30-da 101 sərnişinlə İstanbul Atatürk Hava limanından Tatarıstanın paytaxtı Kazana hərəkət edib. Ancaq təyyarəni İstanbul hava sahəsində ildırım vurub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bundan sonra təyyarənin pilotu vəziyyəti İstanbul Atatürk Hava limanı Hava Nəqliyyatı İdarə Qülləsi ilə əlaqəyə keçərək təcili eniş müraciəti edib. Təyyarə bir müddət havada dövrə vuraraq yanacağını azaltmaqla uyğun eniş ağırlığına gəlincə saat 23.30 radələrində problemsiz şəkildə Atatürk Hava limanına enib.

Sərnişinlər başqa bir təyyarə ilə göndərilib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyə təyyarəsini ildırım vurdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində