Bakıda məsciddə dava düşdü

20 İyun 2017 10:31

Bakıda məsciddə dava düşüb, gənc oğlan döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Məşədi Dadaş" məscidində 1999-cu il təvəllüdlü Nəcəfli Toğrul Vilayət oğlu həmyaşıdları ilə mübahisə edib.

Nəticədə o, döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində